Qeyri-adi toy karvanı - Azərbaycanda - VİDEO

Qeyri-adi toy karvanı - Azərbaycanda - VİDEO
22:05 4 İyun 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Atlar və bəzədilmiş arabalar...

Milli.Az bildirir ki, müasir dövrdə qədimi xatırladan bu toy karvanı böyük marağa səbəb olub. Görüntülər Tovuzun Xatınlı kəndindəndir. Kənd sakini Zaur Əmiraslanov öz toyunda bəy karvanını at arabalarından təşkil edib. Bununla da o, xanımına surpriz etmək istəyib. Bəy və gəlin isə xüsusi hazırlanmış faytonla kartejə qoşulublar.

Bəy qədim adətləri də yaşamaq üçün belə bir addım atdığını deyir. O, bildirir ki, xarici maşınlarla hər kəs gəlin gətirir. Ancaq bu cür toy karvanı daha yadda qalan olur.

Toy karvanı insanlarda da böyük maraq doğurub. Kənd sakinləri və qonaqlar indiki dövrdə belə toylara nadir hallarda rast gəldiklərini deyirlər.

Toy karvanı kəndin küçələrini gəzdikdən sonra məclisə daxil olub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qeyri-adi toy karvanı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR