İti oğurlanan Kənan və Ayxan depressiyaya düşdülər, dərsə getmirlər - VİDEO

İti oğurlanan Kənan və Ayxan depressiyaya düşdülər, dərsə getmirlər - VİDEO
22:27 4 İyun 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

İti oğurlanan uşaqlar depressiyaya düşdü və dərsə getməkdən imtina etdi.

Milli.Az bildirir ki, maraqlı hadisə Bərdə rayonunun Alacadırlı kəndində baş verib. Ələsgərzadə ailəsi 2 il öncə 300 manata kanqal sortu olan it alıblar. İtə evdə uşaqlar çox öyrəşiblər və onu özlərinə dost seçiblər. Ancaq Bozdar ləqəbli itin kimliyi bilinməyən şəxslər tərəfindən həyətdən qaçırılması Kənan və Ayxan Ələsgərzadə qardaşlarının bütün işlərini yarımçıq qoyub.

Uşaqların anası Nuridə Ələsgərzadə də it oğurlanandan bəri övladlarının dərsə getməkdən imtina etdiyini və ağladıqlarını bildirir. Uşaqlar bir növ həyata küsüblər.

Nuridə Ələsgərzadə onların aldıqları itə sahib olmaq istəyənlərin çox olduğunu bildirir.Dördüncü sinif şagirdi Ayxan isə israrla itinin tapılmasını tələb edir.

İtin axtarışları hələlik heç bir nəticə verməyib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İti oğurlanan Kənan və Ayxan depressiyaya düşdülər, dərsə getmirlər


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR