Ramazanda nə üçün xurma yeyirlər?

Ramazanda nə üçün xurma yeyirlər?
22:42 4 İyun 2017
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Ramazan ayında iftar süfrələrinin əsas təamlarından biri də xurmadır.

Milli.Az axşam.az-a istinadən xurmadan məhz bu ayda daha çox istifadə olunmasının səbəblərini təqdim edir: 

Alimlərin araşdırmalarına görə, xurma ürək xəstəliklərinə və mədədə olan narahatlığa faydalıdır. 

Qurani-Kərimdə də adı çəkilən xurmanın vətəni Ərəbistan yarımadası və Şimali Afrika ölkələridir. Məhəmməd Peyğəmbər xurma haqqında deyib: "Möminin imsakını xurma ilə başlaması necə gözəldir. Oruc tutanlar xurma ilə iftar açsın. Çünki xurma bərəkətlidir". 

Xurma tərkibində protein və karbohidrat daşıyan yeganə meyvədir. Bu səbəbdən oruc tutan insanların xurma ilə qidalanması onların bütün ehtiyaclarını qarşılayır. 

B1 və B2 vitaminləri ilə zəngin olan xurma qaraciyəri də gücləndirir. 

Xurma halsızlığı aradan götürür ki, bu da oruc tutan insanlar üçün ən vacibidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/549906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR