Coli və onun 10 oxşarı - FOTO

Coli və onun 10 oxşarı - FOTO
23:22 4 İyun 2017
138 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün Hollivud aktrisası Ancelina Colinin 42 yaşı tamam olur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa təkcə çəkildiyi filmləri ilə deyil, eyni zamanda, görünüşü ilə də həmişə diqqət çəkib.

"Gözəllik ikonası" adlandırılan Coliyə bir çox xanımların oxşadığı da məlum olub. 

Mara Teyqen - 23 yaşı var. Modeldir.

Çelsi Marr - 24 yaşı var. Aktrisaya bənzədiyi üçün özünə "AngelinaJolie Марр" adlı İnstaqram səhifəsi açıb və 117 min izləyici toplayıb.

Assol Vasilyeva - reper Aleksandr Stepanovun xanımıdır. Ancelinaya bənzəməsi ona uğur gətirib. Uzun illərdir ki, aparıcı kimi çalışır.

Tifani Klaus - 37 yaşı var. Almaniyadan olan Tifani "Maxim", "Marie Claire", "Time", "People" kimi jurnalların üz qabığında çəkilib.

Melisa Beyzen - 34 yaşı var. Coliyə oxşamağına peşmandır. Onun sözlərinə görə, küçədə rahat gəzə bilmir, sevgilisi də onu qısqanır.

Kaja Norum - Norveçli qadın aktrisanın kumiridir. O, Colini o qədər sevir ki, bədəninə onun kimi döymələr də etdirib.

Dorian Rouz - Norveçli aktrisa, model və rejissordur. Honqondda böyüyüb.

Veronika Blek - 29 yaşı var. Amerikalı model Coliyə oxşadığı üçün dodaqlarını və sinəsini böyüdüb.

Lina Sans - Londonda yaşayır. Aktrisaya oxşayan xanımlardan ən seksualı sayılır.

Deni Karlson - İsveçrəli modeldir. 2010-cu ildə "Dünya gözəli" müsabiqəsində iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR