Mançini "İnter"in 2 futbolçunu yeni klubuna gətirmək istəyir

Mançini "İnter"in 2 futbolçunu yeni klubuna gətirmək istəyir
00:05 5 İyun 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Roberto Mançini "Zenit"ə baş məşqçi təyin olunandan sonra yaxşı tanıdığı bəzi futbolçuları da Peterburqa gətirməyə çalışır. Bunlardan ikisi "İnter"də çıxış edən Ceyson Murilyo və Marselo Brozoviçdir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "piterlilər" onlara görə "nerazzurri"yə 45 milyon avro ödəməyə hazırdır. Menecerlər də hər iki tərəfi qane edəcək müqavilə şərtlərini müəyyən etməyə çalışırlar. "İnter"in bu iki futbolçusu üçün daha yüksək məbləğ tələb etməsi istisna olunmur.

Mançini karyerası ərzində 2 dəfə - 2004-08 və 2014-16-cı illərdə "İnter"in baş məşqçisi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR