Azərbaycanda ağır yol qəzası

Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.

Metbuat.az bildirir ki, qəza magistral yolun Goranboy rayonun Dəliməmmədli qəsəbəsindən keçən ərazisində baş verib.

İlkin məlumata əsasən, “ VAZ 2106” və “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər yaralanıb.

Yol qəzasında yaralananların kimliyi məlum olub.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Vüqarın idarə etdiyi “VAZ 21015” markalı avtomobillə 1982-ci il təvəllüdlü, Goranboy rayonu, Qaradağlı kənd sakini Mövlayev Borisin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, həmçinin “VAZ 2106”-da olan sərnişinlər, Qaradağlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Mövlayeva Sveta, 2006-ci il təvəllüdlü Mövlayeva Əfsanə, 2009-cu il təvəllüdlü Mövlayeva Aysel və 1985-ci il təvəllüdlü Cəfərov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Mövlayeva Əfsanə və Mövlayeva Ayselin vəziyyəti normal, digərlərinin ki orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR