"Maşın" şouda daha bir mübarizənin sonu - Oksana Azəri oyundan çıxardı

"Maşın" şouda daha bir mübarizənin sonu - Oksana Azəri oyundan çıxardı
01:37 5 İyun 2017
255 Şou
Ölkə mətbuatı
A- A+

"Maşın" realiti şounun daha bir buraxılışı baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramda iştirakçılar rəqqasə Oksana Rəsulovanın şəklini atıblar.

Oksana səs topladığı təqdirdə verilişin gedişatından asılı olaraq ad açıqlayacağını desə də, aparıcı Azər Zahid və müğənni Səidə Sultan günün hədəfi olduqlarını söyləyiblər.
 
Daha sonra O.Rəsulova oyundan Azəri çıxaracağını bildirib.

Rəqqasə şounun sonunda 65,61 faiz səs yığaraq proqramda qalıb. O, A.Zahidi verilişdən kənarlaşdırıb.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova davam etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR