"Sadəcə tortun üstündə albalı çatışmadı"

"Sadəcə tortun üstündə albalı çatışmadı"
04:32 5 İyun 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisinin baş məşqçisi Campyero Ventura Çempionlar Liqasının finalında "Yuventus"un növbəti dəfə məğlub olması barədə fikir bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis futbolçulara bununla barışmağı tövsiyə edib.

"Yuventus"ın məğlub olmadan, cəmi 3 top buraxaraq finala vəsiqə qazanması diqqətəlayiq məqamdır. 90 dəqiqə bütün mövsümün təəssüratını korlaya bilməz. Bəli, onlar finalda məğlub oldular. Amma bununla barışmaq lazımdır. Mən Anyellinin sözləri ilə tamamilə razıyam. "Yuventus" əla mövsüm keçirdi. Sadəcə tortun üstündə albalı çatışmadı. Böyük futbolçular uğursuzluqlara həmişə reaksiya vermək yolunu tapırlar. Bu yenilgi "Yuventus"a sonradan Çempionlar Liqasının qalibi olmağa kömək edə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR