Daşkəsən sakini döyülərək başından xəsarət aldı

Daşkəsən sakini döyülərək başından xəsarət aldı
04:34 5 İyun 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

Daşkəsən sakini həmkəndlisi tərəfindən döyülüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əmirvar kənd sakini, 1991-ci il təvəllüdlü Qasımov Fədail Cərgəz oğlu başından aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılıb. Dediyinə görə o, Azər adlı həmkəndlisi tərəfindən döyülüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR