Putin ABŞ-ı ittiham etdi

Putin ABŞ-ı ittiham etdi
05:14 5 İyun 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir.

 

APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.

 

“Heç kimin xətrinə dəymək istəmirəm, amma ABŞ bütün dünyada siyasi proseslərə, o cümlədən seçki kampaniyalarına, dövlətlərin daxili siyasətinə müdaxilə edir. Biz ABŞ siyasətinə müdaxilə etməmişik, lakin kimsə buna cəhd etdikdə siz inciməməlisiniz. Çünki özünüz daim müdaxilə edirsiniz”, deyə V.Putin bildirib.

 

V.Putin qeyd edib ki, prezidentlər, siyasi partiyalar hakimiyyətə gəlib-gedəndir, siyasi xətt isə əsasən dəyişməz qalır: “Odur ki, bizim üçün ABŞ-da kimin hakimiyyətdə olması heç bir fərq etmir. Biz nələrin baş verəcəyini əvvəlcədən təxmin edirik. Bu səbəbdən istəsək belə, hər hansı prosesə müdaxilə etməyin mənası qalmır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR