Kilsədə keşişin əvəzinə robot dua oxuyacaq - VİDEO

Kilsədə keşişin əvəzinə robot dua oxuyacaq - VİDEO
07:42 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Almaniyada kilsələrin birində dua oxuyan robot yerləşdirib.

Milli.Az xəbər verir ki, Almaniyanın Hessend və Nassau yevanqelist kilsəsində keşiş yerinə bibliyanı oxuyacaq və gələnlərə xeyir-dua verə biləcək robot qoyulub. Görünüşünə görə insanlardan fərqlənən robot, başı və qolları sayəsində keşişləri əvəz edə bilir.

Belə ki, "robot keşiş"in bədənində xüsusi monitor yerləşdirilib. Bu monitor vasitəsilə robotun iş rejimini seçmək olur. Kilsəni ziyarət edən insanlar monitor vasitəsilə duaları və səslənmə tipini seçə bilərlər.
Dua oxunub bitdikdən sonra "keşiş" qolunu yuxarı qaldıraraq "Tanrı səni qorusun" sözlərini işlədir.
Bu təşəbbüs insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bunun dini təhqir edən addım olduğunu düşünür.
Lakin bütün bunlara baxmayaraq, bu yenilik kilsəyə gəlməyən insanları belə kilsənin daimi ziyarətçilərinə çevirib.
Onu da qeyd edək ki, İsveçrənin lüteran kilsəsinin keşişi sosial şəbəkələrin birində tanışlıq üçün qeydiyyatdan keçib. Keşişin özünə seksual partnoy axtardığı iddiası gündəm olub. Bu davranışdan sonra keşiş kilsədən uzaqlaşdırılıb. Bu hadisə ilə müqayisədə robot keşiş isə heç vaxt belə davranışlar sərgiləyə bilməz. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kilsədə keşişin əvəzinə robot dua oxuyacaq


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR