"Yuventus" Çempionlar Liqasında "Real Madrid"dən çox qazanıb

"Yuventus" Çempionlar Liqasında "Real Madrid"dən çox qazanıb
09:47 5 İyun 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ İtaliya "Yuventus"u futbol üzrə Çempionlar Liqasından ən çox gəlir əldə edən klub olub. "Report"un "Football İtaly" nəşrinə istinadən verdiyi məlumata görə, 2016-2017 mövsümünün yekununda Turin təmsilçisi 109 milyon avro qazanıb.
Bu məbləğ UEFA, sponsorlar, teleyayım hüquqları və bilet satışından əldə olunub. İkinci yeri 80,9 milyon avro gəlirlə turnirin qalibi İspaniya "Real Madrid"i tutub. "Yuventus" finalda qalib gəlsəydi, bu məbləğ 113 milyon avroya çatacaqdı. Bununla belə, "Qoca Sinyora" Çempionlar Liqasından götürdüyü gəliri 100 milyon avronu keçən ilk klub olub.
Qeyd edək ki, "Yuventus" finalda "Real Madrid"ə böyük hesabla yenilib - 1:4. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-cempionlar-liqasinda-real-madrid-den-cox-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR