Natiq Əliyev xüsusi təyyarə və türk həkimlərin müşayiəti ilə Türkiyəyə aparılıb

Natiq Əliyev xüsusi təyyarə və türk həkimlərin müşayiəti ilə Türkiyəyə aparılıb
09:52 5 İyun 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Səhhətində yaranan ciddi problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.
“Report”un məlumatına görə, onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. 
Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin Türkiyəyə aparılması və müalicənin oradakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. 
Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Energetika nazirinin müalicəsi xəstəxanada reanimasiya şəraitində davam edib, ürəyinə stendlər qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/natiq-eliyev-xususi-teyyare-ve-turk-hekimlerin-musayieti-ile-turkiyeye-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR