BAKIDA DƏHŞƏTLİ HADİSƏ: Bardan evə gətirdiyi qadını...

BAKIDA DƏHŞƏTLİ HADİSƏ: Bardan evə gətirdiyi qadını...
10:19 5 İyun 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qətl törədilib. Lent.az-ın əldə etdiyi məlumata görə, NZS qəsəbəsində Vorabey Sergey Nikolayeviçə məxsus evdən 30-35 yaşlı qadının meyiti tapılıb. Məlum olub ki, ev sahibi gecə şəhərin mərkəzində yerləşən barlardan birində həmin qadınla tanış olub və birgə yeyib-içiblər. Sonra onlar S.Vorabeyin evinə gəliblər. Burada qadınla ev sahibi arasında mübahisə yaranıb və o, qonağını itələyib. Yerə yıxılan gənc qadının boyunu sınıb və hadisəı yerindəcə keçinib.

 

Hadisəni törətmiş şəxs ölən qadının adını dəqiq bilmədiyini deyib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR