Səudiyyə Ərəbistanı Qətər vətəndaşlarına: "Krallığı tərk edin"

Səudiyyə Ərəbistanı Qətər vətəndaşlarına: "Krallığı tərk edin"
10:22 5 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Krallığı bütün Qətər vətəndaşlarının təcili olaraq ölkəni tərk etmələri barədə bəyanat verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məcburi ölkəni tərk etmə yalnız müqəddəs ziyarətə gələn qətərli zəvvarlara aid edilmir.

Bəyanatda zəvvarlar istisna olmaqla, bütün Qətər vətəndaşlarının 14 gün ərzində krallığı tərk etmələri tələb olunur.

Qeyd edək ki, eləcə də Qətər diplomatlarına da krallıq ərazisini tərk etmək üçün vaxt verilib.

Xatırladaq ki, bu addım yalnız Səudiyyə Ərəbistanı Krallığı tərəfindən atılmayıb. Belə ki, Krallıqla yanaşı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də Qətərlə diplomatik münasibətlərin qırılması barədə qərar qəbul ediblər. Qeyd edək ki, bu dörd ərəb ölkəsi Qətəri terrorizmə dəstəkdə ittiham edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR