Ərəb ölkələri Qətəri təkləyir

Ərəb ölkələri Qətəri təkləyir
10:42 5 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Yəməndə husilərlə mübarizə aparmaq üçün yaradılmış koalisiyaya başçılıq edən Səudiyyə Ərəbistanı və koalisiyadakı ölkələr Qətəri "Əl Qaidə" və İŞİD terror təşkilatlarını dəstəkləməkdə suçlayıb.

Milli.Ah Al Arabiya-ya istinadən bildirir ki, bununla bahəm, Qətərin Yəməndəki əməliyyatlarda iştirakı dayandırılıb.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə bütün diplomatik əlaqələri kəsiblər. Həmin ölkələrlə Qətər arasında hava və su nəqliyyatı ilə daşımalar da dayandırılıb.

Misirin hakimiyyət dairələri Qətəri həm də "Müsəlman qardaşlar" hərəkatını dəstəkləməkdə suçlayıb.

Qətərlə ərəb ölkələri arasındakı münaqişə Fars Körfəzi ölkələrinin və ABŞ-ın Ər-Riyaddakı sammitindən sonra başlanıb.

Qətərin dövlət informasiya agentliyi ölkə əmirinin İranla münasibətlərin normallaşdırılmasına zərurət duyulması barədə məqaləsini dərc edib.

Səudiyyə Ərəbistanı da sammitdə bütün qonaqların adından İranı düşmənçilik siyasəti yürütməkdə suçlayaraq Tehrana adekvat cavablar vəd etmişdi.

Qətər XİN-nin yetkilisi sonradan bəyan edib ki, agentliyin saytına haker hücumu olub: "O məqaləni də hakerlər yerləşdiriblər. Məqalənin əmirə heç bir dəxli yoxdur".

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn bu açıqlamaya inanmır, İranla münasibətlərin normallaşdırılmasına zərurət duyulması barədə sözlərin Qətər əmirinə məxsus olduğunu deyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR