"Qoymarıq ki, demokratiyaya xələl gəlsin" - Tereza Mey - FOTO

"Qoymarıq ki, demokratiyaya xələl gəlsin" - Tereza Mey - FOTO
10:42 5 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Son vaxtlar ölkəmizdə terror aktları müxtəlif vaxtlarda və yerlərdə törədilsə də, onlar ümumi ideologiyadan qaynaqlanan adamlar tərəfindən həyata keçirilib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, Britaniyanın baş naziri Tereza Mey belə deyib. Onun sözlərinə görə, Britaniyadakı teraktları törədənləri radikal islamçı ekstremizm ideologiyası birləşdirir.

T.Mey baş verənlərə rəğmən, ölkədə parlament seçkilərinin planlaşdırılmış vaxtda, iyunun 8-də keçiriləcəyini deyib.

Seçkiqabağı təbliğat və təşviqat kampaniyası bu gün bərpa olunub.

"Heç vaxt zorakılığa və ekstremizmə imkan verilməməlidir ki, demokratik prosesə xələl gətirsin. Ona görə də hər şey öz axarı ilə davam edəcək", - Tereza Mey deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR