Səyyar “ASAN Xidmət” 6 məntəqədə vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN Xidmət” 6 məntəqədə vətəndaşlara xidmət göstərəcək
10:47 5 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Səyyar "ASAN Xidmət" iyunun 5-dən iyulun 4-dək Daşkəsən, Balakən, Yardımlı, İmişli şəhərlərində, iyunun 5-dən 19-dək isə Ağdam şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.  
Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Həmçinin, səyyar avtobuslar 20 may-8 iyun Zərdabda, 22 may-20 iyun Qusarda, 26 may-9 iyun Mehdiabad qəsəbəsində, 1-10 iyun Türkan qəsəbəsində, səyyar ASAN qatar 22 may-5 iyun Xaçmazda vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Qeyd edək ki, Səyyar "ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/seyyar-asan-xidmet-6-menteqede-vetendaslara-xidmet-gosterecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR