Artıq marketə girib-çıxan sürücülər də pul ödəyəcək - DİQQƏT

Artıq marketə girib-çıxan sürücülər də pul ödəyəcək - DİQQƏT
10:47 5 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda marketlərin qarşısında parkomatlar quraşdırılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq şəhərin müxtəlif yerlərində bir neçə iri marketin qarşısında parkomat aparatı quraşdırılıb. Bildirilir ki, bu aparatlar marketlərin istəyi və ya icazəsi ilə həmin yerlərə qoyulur.

Qeyd edək ki, bəzi hallarda marketlərin qarşısında və ətrafında olan dayanacaqlar müştərilər üçün pulsuz olduğundan bəzi kənar şəxslər də bu yerlərdən istifadə edir. Bu isə həm market sahiblərini, həm də parklanma məsələləri ilə məşğul olan Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini narazı salır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR