Azərbaycan beynəlxalq reytinq cədvəlində Rusiyanı qabaqladı

Azərbaycan beynəlxalq reytinq cədvəlində Rusiyanı qabaqladı
10:58 5 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

"The World Economic Forum" beynəlxalq təşkilatın reytinqinə əsasən, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib.

Publika.az xəbər verir ki, təşkilatın reytinqinə əsasən, dünya ölkələri arasında Azərbaycan yollarına görə 50-ci yerə layiq görülüb. Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qərarlaşıb.

Siyahıda Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticə Tacikistandadır - 70-ci yer. Dünya ölkələri arasında Qazaxstan 108-ci, Qırğızıstan isə 131-cidir.

Reytinqə əsasən, ən yaxşı yollar Fransa, Biləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Portuqaliya və Omandadır. Ən pis yollar isə Moldova, Mozambik, Ukrayna, Mavritaniya, Paraqvay, Konqo və Madaqaskardadır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/201366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR