Bu il Azərbaycanda 170 kəndin su təchizatı yenilənəcək

Bu il Azərbaycanda 170 kəndin su təchizatı yenilənəcək
11:07 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bu il Azərbaycanın 22 rayonunda 270 min əhalini əhatə edən 170 kəndin su təchizatının yenidən qurulmasına start verilib. 
"Report" xəbər verir ki, bunu su tərərrüfatı və meliorasiya işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib. 
Onun sözlərinə görə, cari ildə Ağcabədi və Xırdalan şəhərlərinin də su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. 
Bakıda intensiv yağışlar yağan vaxtı şəhərdə bir çox küçələrdə problemlərin yarandığını xatırladan cəmiyyət sədri qeyd edib ki, xüsusən problemli ərazilərdə vəziyyətin yaxşılaşdırılması üçün 13 nöqtədə işlərə başlanılıb. 
"Artıq iki nöqtədə bu işlər bitib. Digər yerlərdə bu işlər davam etdirilir", - deyə o, əlavə edib.
Q.Hüseynov ötən dövrdə 100 mindən çox abunəçinin sayğaclaşdırılmasının həyata keçirildiyini açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-il-azerbaycanda-170-kendin-su-techizati-yenilenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR