Publik hüquqi şəxs müsabiqə elan edir

Publik hüquqi şəxs müsabiqə elan edir
11:12 5 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Patent və Əmtəə Nişanları Mərkəzinin rəsmi internet səhifəsinin yaradılması ilə bağlı elan verilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) Milli.Az-a verilən məlumata görə, "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxs  www.patent.gov.az rəsmi internet səhifəsinin yaradılması ("Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli  189 saylı Qərarına uyğun olaraq),  reklam xarakterli videoçarxların çəkilməsi və elektron lövhələrin hazırlanması ilə əlaqədar müsabiqə elan edir.

Maraqlanan şəxslər elanın yerləşdirildiyi tarixdən 45 (qırx beş) gün müddətində Mərkəzin Bakı şəhəri, Yasamal rayonu, 422-ci məhəllə, M.İbrahimov 53 ünvanına müraciət edə bilərlər. İşin yerinə yetirilməsi müddəti 1(bir) aydır.
Əlaqələndirici şəxs: Emil Məmmədov tel: 012 4499959, daxili 105.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR