"Qarabağ"dan transfer bombası - 4.5 milyonluq futbolçu

"Qarabağ"dan transfer bombası - 4.5 milyonluq futbolçu
11:22 5 İyun 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

Şənbə günü millimizlə qarşılaşacam Şimali İrlandiyanın hücumçusu Kayl Laffertinin Azərbaycan Premyer Liqasında çıxış etmək ehtimalı artır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, artıq Britaniya mətbuatı da "Qarabağ"ın Lafferti ilə maraqlanması haqda məlumat yayıb. "Belfast Teleqraf" nəşri 29 yaşlı forvardla "Qarabağ"ın ciddi maraqlandığını yazıb.

Məlumata görə, "Qarabağ"ın məşqçilər korpusu Azərbaycan - Şimali İrlandiya qarşılaşmasında Laffertiyə göz qoyacaq və məhz bu oyundan sonra tərəflər arasında yekun danışıqlar başlayacaq.

Qeyd edək ki, Kayl Lafferti İngiltərə Premyer Liqasında çıxış edən "Norviç"in formasını geyinir. O, "Barnli" klubunun yetirməsidi. Bu klub onu 2008-ci ildə "Reyncers"ə 4.5 milyon avroya satıb. Daha sonra İsveçrənin "Sion" klubuna transfer olunan forvardı 2013-cü ildə "Palermo" 2.6, bir il sonra "Norviç" 4.5 milyon avroya alıb. Futbolçu 2015-ci ildə Türkiyənin "Çaykur Rizəspor", bir il sonra İngiltərənin "Birmingem" klubuna icarəyə verilib. Hazırda "Transfermarkt" 29 yaşlı hücumçuya 1,5 milyon avro qiymət qoyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR