Mayda dünya bazarlarına çıxarılan neftin həcmi

May ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.

Metbuat.az SOCAR-ın saytına istinadən xəbər verir ki, 2017-ci ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).

Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 milyon 275 min 528 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər Ceyhan limanından 330 milyon 110 min 127 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR