Ulduz futbolçunun ayağı qırıldı

Ulduz futbolçunun ayağı qırıldı
11:32 5 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin hücumçusu Eden Azar ciddi zədə ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçunun ayağı qırılıb.

Hadisə Belçika yığmasının məşqi zamanı baş verib. Belə ki, epizodların birində top uğrunda mübarizə zamanı xəsarət alan Azarın topuq nahiyəsində sınıq olduğu aşkarlanıb. Həkimlər onun 2 aylıq sıradan çıxdığını, yalnız yeni mövsüm öncəsi klubuna qoşulacağını söyləyiblər.
 
Qeyd edək ki, Eden Azar 2016-17 mövsümündə "Çelsi"nin heyətində meydana çıxdığı 42 matçda 17 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR