Londonda qalmaqal: terrorçu hələ ötən il aşkarlanıbmış - VİDEO - FOTO

Londonda qalmaqal: terrorçu hələ ötən il aşkarlanıbmış - VİDEO - FOTO
11:32 5 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən həftənin şənbə axşamı bir qrup terrorçu mikroavtobusda Londondakı Vetsminster körpüsünə çıxıb. Maşınla insanları əzən terrorçular sonradan Boro-market bazarında avtomobildən düşüblər və əllərindəki ovçu bıçaqlarıyla hücuma keçiblər.

Onları polislər güllələyərək qətlə yetirib. Polislərdən biri ağır yaralanıb.

Olaydan sonra Londonda genişmiqyaslı axtarışlar başlanıb. Şəhərin Barkinq səmtində 12 nəfər saxlanmışdı. Tutulanlardan biri, 55 yaşlı şəxs heç bir ittiham irəli sürülmədən azadlığa buraxılıb. 7 qadın və 4 kişi hələ də polisdədir.

Terror aktında 7 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Dünənsə bəlli olub ki, London körpüsündə insanları mikroavtobusla əzən, sonra da Voksholl-dakı Boro-marketdə insanları bıçaqlayan terrorçular arasındakı 27 yaşlı həxsin İŞİD-ə bağlı olduğu hələ ötən il bəlli imiş.

Britaniyanın Chanel 4 telekanalı ötən il ölkədəki dini ekstremizmlə bağlı çəkdiyi sənədli filmdə həmin şəxs də əks olunmuşdu.

Londondakı "Regent's Park"da namaz zamanı bu şəxs İŞİD bayrağını qaldırmış, radikal şüarlar söyləmişdi.

İndi bu şəxsi "Cihadçı qatil" kimi tanıyırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Londonda qalmaqal: terrorçu hələ ötən il aşkarlanıbmış -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR