Masallıda 11 yaşlı uşağı maşın vurdu

Masallıda 11 yaşlı uşağı maşın vurdu
11:52 5 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda 11 yaşlı oğlanı avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Köhnə bazar" deyilən ərazisində qeydə alınıb. Rayonun Ərəb kənd sakini, 2006-cı il təvəllüdlü Rəmzi Xanoğlan oğlu Fətullayev yolu keçmək istəyərkən avtomobillə vurulub.
 
Xəsarət alan uşaq sürücünün köməkliyi ilə  Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müxtəlif dərəcəli bədən xəsarəti alan uşağın vəziyyətinin qənaətbəxş olduğu deyilir.
 
Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR