Beynəlxalq Muğam Mərkəzində Firəngiz Əlizadənin yubiley konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində Firəngiz Əlizadənin yubiley konserti keçirilib
12:01 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli bəstəkar, görkəmli musiqi ictimai xadim, respublikanın Xalq artisti, UNESCO nun “Sülh artisti”, AMEA-nın müxbir üzvi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri ”Şöhrət” ordenli, professor Firəngiz Əlizadənin yubileyinə hərs olunmuş musiqi festifalı çərçivəsində kamera konserti keçirilib.

Konsertdə F.Əlizadənin əsərləri səslənib. Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, ictimayətin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Aşıq havası”(Solo piano və elektron səs yazısı üçün), Piano üçün sonata (Alban Berqə həsr olunub), “İmpuls”, “Crossing-I”, (Çarpazlaşma I) ”İn Search”(Axtarışda), “From Yapanes Poetrie” (Yapon poeziyasından), “Atəş” əsərləri səslənib.

Gecədə Xalq artisti, dirijor Fəxrəddin Kərimov, Beynəlxalq Müsabiqələr Laureatları Fəqan Həsənli, Səidə Tağızadə, Fəridə Məmmədova, İlahə Sadıqzadə, Ümidə Abbasova, Samir Əsədov, Elina Əliyeva,Vəli Budaqov, Nərgiz Əliyeva, Ucal Məmmədxan, Anar Əliyev, Əyyub Əliyev, Nicat Salmanov çıxış ediblər.

Qeyd edək ki, F.Əlizadənin yubileyinə həsr olunmuş Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən musiqi festifalına iyunun 2-də start verilib. İyunun 5-dək davam edən festifal çərçivəsində silsilə tədbirlər keçiriləcək. Tədbirlərdə bəstəkarın əsərləri səslənəcək, onun yaradıcılığından bəhs edən elmi-konfrans təşkil olunacaq və sənətkara həsr olunmuş film nümayiş ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2762744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR