Paytaxt yollarında suyun yığılmaması üçün işlərə başlandı

Paytaxt yollarında suyun yığılmaması üçün işlərə başlandı
12:12 5 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanda ümumilikdə 270 min əhalinin yaşadığı 170 kəndin su təchizatının yenidən qurulmasına start verilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı çərçivəsində keçirilən tədbirdə" Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
 
Onun sözlərinə görə, bu il Ağcabədi və Xırdalan şəhərlərinin də su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq: "Hazırda "Azərsu" ASC Abşeron yarımadasında və regionda su ilə bağlı 30 layihənin icrasını davam etdirir. Bu layihələrdən 8-də su və kanalizasiya layihələri başa çatdırılıb. 6 rayonda isə bu il su və kanalizasiya layihələrinin başa çatdırılması nəzərdə tutulub".
 
Bakıda intensiv yağışlar yağan zaman şəhərin bir çox küçələrində çətinliklərin yarandığını xatırladan Q. Hüseynov qeyd edib ki, xüsusən problemli ərazilərdə vəziyyətin yaxşılaşdırılması üçün 13 nöqtədə işlərə başlanılıb: "Artıq 2 nöqtədə bu işlər bitib. Digər yerlərdə bu işlər davam etdirilir",- deyə Q.Hüseynov əlavə edib.
 
O əlavə edib ki, ötən dövrdə 100 mindən çox abunəçinin sayğacla təmin olunması işləri həyata keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR