Tanış olun: əqrəblər kraliçası - FOTO

Tanış olun: əqrəblər kraliçası - FOTO
12:22 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

O, dünyada yeganə qadındır ki, zəhərli əqrəblərdən əsla qorxmur və onlarla oynayır, əylənir. Üstəlik, o, zəhərli hörümçəklərlə oynamağı da sevir.

Bu qadını "Əqrəblər kraliçası" adlandırırlar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Taylandın Pattaya şəhərində yaşayan Kançana Kaetkau əqrəblər və hörümçəklərlə "asanlıqla dil tapdığını" deyir.

Məsələn, o, zəhərli əqrəbi asanlıqla ağzında 3 dəqiqə 28 saniyə saxlaya bilir.

Kaetkau 12 kvadrat metrlik şüşə kubda 5 min əqrəblə 33 gün yaşayıb.

K.Kaetkaunun adı Ginnesin Rekordlar Kitabına düşüb.

Dünyada mövcud olan 2 min əqrəb növündən 43-ü çox zəhərlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR