Dünya bu xəbərlə çalxalanır, KÖRFƏZDƏ HƏYƏCAN

Yəmən və Liviya bir sıra ərəb ölkələrinin Qətərə münasibətdə qəbul etdikləri qərara qoşulublar. Bununla da Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayı 6-ya çatıb

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, bazar ertəsi günü səhər Yəməndəki Ərəb koalisiyası Dohanı Əl-Qaidə və İŞİD terror qruplaşmalarını dəstəkləməkdə təqsirləndirərək Qətəri öz sıralarından çıxardıqlarını bildiriblər. Bir qədər əvvəl eyni bəyanatla Liviya da çıxış edib.

Xatırladaq ki, ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.

Qətər isə öz növbəsində ərəb ölkələrinin bu qərarından təəssüfləndiyini və onu əsassız hesab etdiyini bildirib. Həmçinin Doha ərəb ölkələrinin qəbul etdiyi qərarın ölkə vətəndaşlarının və rezidentlərinin həyatına təsir göstərməyəcəyi barədə bəyanat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR