Azay Quliyev Türkiyəyə gedir

Azay Quliyev Türkiyəyə gedir
12:34 5 İyun 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Azay Quliyev təşkilatın xüsusi missiyası çərçivəsində iyunun 6-dan 9-dək  Türkiyədə  səfərdə olacaq.
 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Türkiyədə mövcud ictimai-siyasi vəziyyətlə tanışlıq, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda  Ankarada  keçirilən görüşlərinin  nəticələrinin müzakirəsi, ATƏT PA ilə qardaş ölkə arasında dialoq və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.
 
Səfər çərçivəsində Azay Quliyevin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, CHP lideri Kamal Kılıçdaroğlu, Türkiyənin ATƏT PA-dakı  nümayəndə  heyətinin rəhbəri  Vedat Bilgin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR