"Lider" TV-nin canlı yayımında aparıcının halı pisləşdi

"Lider" kanalının aparıcısı Vüsalə Səidin canlı yayımda halı pisləşib.

Metbuat.az xəbər verir ki, canlı yayımda təzyiqi düşən aparıcı özünü güclə saxlayıb. Əvvəlcə əli ilə başını tutan aparıcı sonra özünü toplaya bilib.

İdman xəbərlərini şərh edən digər həmkarının çıxışının bitməsinədək dayanan aparıcını sonra efirdən yarımçıq çıxarıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR