Bu aviaşirkətlər Qətərə uçuşları dayandırdı - SİYAHI

Bu aviaşirkətlər Qətərə uçuşları dayandırdı - SİYAHI
13:17 5 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Ərəb ölkələrindən 6 aviaşirkət Qətərə uçuşları dayandırdığını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, BƏƏ-nin "Emirates", "Etihad Airways" və "Flydubai", Səudiyyə Ərəbistanının "Saudia", Bəhreynin "Gulf Air" və Misirin "Egypt Air" şirkətləri bu qərarı qəbul edib.

Hazırda ölkə xaricindən Qətərə "Qatar Airways", "British Airways", "Lufthansa", "Turkish Airlines" və "Pegasus" aviaşirkətləri ilə getmək mümkündür.

Eyni zamanda məlum olub ki, "Qatar Airways" şirkəti Səudiyyə Ərəbistanına uçuşları dayandırmaq niyyətindədir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR