Magistratura üzrə ümumi qəbul planı təqdim olunub

Magistratura üzrə ümumi qəbul planı təqdim olunub
13:19 5 İyun 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

“Magistr” jurnalının bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elan dərc edilib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, bu nömrədə həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.  AMEA-nın magistraturasına 2017/2018-ci tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalda verilib.

Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

 

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR