MDB məkanında Azərbaycanın daha bir nailiyyəti

"The World Economic Forum" beynəlxalq təşkilatın reytinqinə əsasən, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib.

"Azəravtoyol" ASC-dən Metbuat.az-a verilən məlumata görə, beynəlxalq təşkilatın reytinqinə əsasən, dünya ölkələri arasında isə Azərbaycan yollarına görə 50-ci yerə layiq görülüb. Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qəraralaşıb.

Siyahıda Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticə Tacikistandadır - 70-ci yer. Dünya ölkələri arasında Qazaxstan 108-ci, Qırğızıstanın adı isə 131-ci çəkilir.

Reytinqə əsasən ən yaxşı yollar Fransa, Biləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Portuqaliya və Omandadır. Ən pis yollar isə Moldova, Mozambik, Ukrayna, Mavritaniya, Paraqvay, Konqo və Madaqaskardadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR