Azərbaycanlı məşhurların ilk dəfə sürdükləri avtomobillər

Məşhurların maşınlarının markası hər zaman gündəm də olur. Bəs onların ilk maşınlarının markası nə olub?

Metbuat.az məşhurlar arasında keçirdiyi sorğunu təqdim edir:

Müğənni-bəstəkar Murad Arif: “İlk maşınım “Maşın şou”-da udduğum "Nissan Tiana" olub”.

Xalq artisti Arif Quliyev: “Mənim ilk maşınım "VAZ 2106" olub”.

Əməkdar artist Baloğlan Əşrəfov: “İlk maşınım 1978-ci ildə "VAZ 2103" olub. O vaxtı bu maşını hər adam sürə bilmirdi”.

Əməkdar artist Bəhram Bağırzadə: “İlk maşınım "Mercedes" olub. Amma 15 il sürülmüş "Mercedes" idi”

Əməkdar artist Dilarə Əliyeva “Sözün açığı, çox yadıma düşmür. Biraz da maşın adları yadımda qalmır. Deyəsən "Nissan Altima" idi”.

Aktrisa Ülviyyə Əliyeva: “İlk və son maşınım "Pajero" markalı cipdir”.

Müğənni Xuraman Şuşalı: “İlk maşınım "Pejo 307" idi”.

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR