"Meyiti heç kim götürmürdü, Hövsanda basdırdıq" - Baş həkimin müavini

"Meyiti heç kim götürmürdü, Hövsanda basdırdıq" - Baş həkimin müavini
13:23 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 2016-cı ilin aprelin 6-da doğuş edən 37 yaşlı Günay Axundova özündən xəbərsiz körpəsinin Hövsanda adsız qəbirstanlıqda basdırıldığını iddia edib. Qadın uşağın doğuşdan əvvəl tam sağlam olduğunu, doğuşdan sonra isə cəsədini belə tapa bilmədiyini deyib.

G.Axundovanın səsləndirdiyi fikirlərlə bağlı azvision.az-a açıqlama verən baş həkim müavini Mahir Babayev bildirib ki, xəstənin hamiləliyi vaxtından əvvəl başa çatıb.

"Anada böyrək xəstəliyi, qan azlığı və digər problemlər var idi. Biz onu xilas etmək üçün əlimizdən gələni etmişdik. Uşaq yarımçıq olduğu üçün həyatda qalmadı. Qadın reanimasiyada olanda uşaq ölmüşdü. Əmr var ki, uşaq öləndən sonra cəsədi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təhvil verilsin. Bu haqda ananın xəbəri olub. Lakin sonradan uşağın cəsədini qadının yaxınları tərəfindən heç kim götürmədi. Buna görə də Analitik Ekspertiza Mərkəzinin əməkdaşları onu Hövsanda yerləşən qəbirstanlıqda basdırıb və qəbri nömrələnib. Ananın səsləndirdiyi fikirlər tamamilə əsassızdır".

M.Babayev qeyd edib ki, yeni doğulmuş körpələrin dəfnini Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları həyata keçirir.

Qeyd edək ki, Günay Axundova körpəsi ilə yanaşı 6 uşağın cəsədinin Hövsandakı adsız qəbirstanlıqda eyni yerdə dəfn olunduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/201395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR