Magistr olmaq istəyənlər...

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 4-cü nömrəsini nəşr etdirib.

DİM-dən Metbuat.az-a bildiriblər ki, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Nəşrdə, həmçinin “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün təlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub. AMEA-nın magistraturasına 2017/2018-ci tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalda verilib.

Bakalavrların diqqətinə çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR