Saray qəsəbəsi üfunətli qan gölünə dönüb - FOTO

Saray qəsəbəsi üfunətli qan gölünə dönüb - FOTO
13:37 5 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonu Saray qəsəbəsində yerləşən quşçuluq sexi qəsəbə sakinlərini problemlərlə üz-üzə qoyub.

Milli.Az xəbər verir ki, qəsəbə sakinlərinin oxu.az-a ünvanlandığı şikayətdə bildirilir ki, quşçuluq sexinin tullantılarının birbaşa kanalizasiyaya buraxılması nəticəsində bir çox həyətyanı sahə üfunətli, qanlı suyun altında qalıb.

Sakinlərin göndərdiyi bu şəkillər Yeni Məhəllə, Abdulla Şaiq küçəsində çəkilib. Gördüyümüz kimi, quşların içalatları, tükləri və digər tullantıları xüsusi metodla utilizasiya edilmək əvəzinə, birbaşa kanalizasiyaya axıdılır. Borular bu zibilləri axıtmaq gücündə olmadığından öz funksiyasını yerinə yetirə bilmir. Nəticədə çirkli və üfunətli su sakinlərin həyətinə axır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR