Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçirildi - FOTO

Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçirildi - FOTO
13:37 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

İyunun 3-də Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçirilib.

Milli.Az bildirir ki, konsertdə Respublikanın Xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Azər Zeynalov, Samir Cəfərov, Gülyaz Məmmədova, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Aqşin Abdullayev, Zakir Əliyev, Lalə Məmmədova, Almaz Orucova, İnarə Babayeva, Rəşad İlyasov, müğənnilər Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Rövşən Əziz, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, İlahə Əfəndiyeva, "Sevil" qrupu və başqaları iştirak edib. 

Müğənniləri səhnədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri, Gülarə Əliyeva adına "DAN ULDUZU" instrumental ansamblı və "Qaytağı" instrumental ansamblı müşaiyət edirdi.

Gecədə bəstəkarın "Bakı sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Bu gecə", "Şükriyyə", "Alagözlüm", "Çiçək yağışı", "Ayrılma məndən", "Bağışla", "Neyləyim", "Aman ayrılıq", "Qəlbimdə qaldın", "Əlvida", "Dərələr" və s. sevilən mahnıları səsləndirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/551352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR