BAKIDA dəhşət: Bardan evə gətirdiyi qadını öldürdü

BAKIDA dəhşət: Bardan evə gətirdiyi qadını öldürdü
13:38 5 İyun 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.

Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məlum olub ki, ev sahibi gecə şəhərin mərkəzində yerləşən barlardan birində həmin qadınla tanış olub və birgə yeyib-içiblər.

Sonra onlar S.Vorabeyin evinə gəliblər. Bundan sonra qadınla ev sahibi arasında mübahisə yaranıb və ölümlə nəticələnib. Hadisəni törətmiş şəxs ölən qadının adını dəqiq bilmədiyini deyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR