Aytac Vidadiqızının İDDİALI QAYIDIŞI - VİDEO

Aytac Vidadiqızının İDDİALI QAYIDIŞI - VİDEO
13:48 5 İyun 2017
177 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Aytac Vidadiqızı bu yayın hitini təqdim edib.

Publika.az xəbər verir ki, söz və musiqisi ifaçının özünə aid olan mahnı "Qədrimi bil" adlanır. O, yeni mahnısının yay aylarında bütün əyləncə məkanlarının əsas hitlərindən biri olacağına da əmin olduğunu bildirib:

"Yeni mahnım uğurlu olacaq. Bu bəstəmin üzərində çox çalışmışam. Mahnımı ölkənin bütün radiolarında dinləmək mümkün olacaq".

İddialı ifaçı Aytac Vidadiqızı "Qədrimi bil" mahnısına bir neçə həftə sonra klip çəkilişinin başlayacağını da gizlətməyib:

"Bilirsiz ki, bir neçə ildir türkiyəli musiqiçilərlə əməkdaşlıq edirəm. Son klipim də elə orada lentə alınıb. "Qədrimi bil" klipi də Türkiyədə lentə alınacaq. Artıq çəkiliş məkanı olaraq bir neçə yer də seçilib. Bu klipdə geyimlərimə də xüsusi diqqət edəcəyəm. Libasımın hazırlanmasını Türkiyənin məşhur dizaynerlərindən birinə həvalə edəcəyəm".

Qeyd edək ki, Aytac Vidadiqızı türkiyəli iş adamı ilə ailəlidir. Cütlüyün birgə nikahdan Bəstə adlı qız övladı var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/201394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR