“Qarabağ” Nazarovu Azərbaycana gətirmək istəyir

“Qarabağ” Nazarovu Azərbaycana gətirmək istəyir
13:52 5 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ", hələ ki, futbolçu transfer etməyib. Bir neçə futbolçu ilə yollarını ayıran Ağdam klubu seçmə futbolçuları sıralarına cəlb etmək istəyir.

Milli.Az futbol11.az-a istinadla bildirir ki, Qurban Qurbanovun istədiyi futbolçular arasında son vaxtlar Azərbaycan milli komandasının heyətində özünü yaxşı tərəfdən göstərən Dmitri Nazarovun da adı var. 

Millinin düşünən beyninə çevrilən Nazarovu baş məşqçi Qurban Qurbanov sərəncamında görmək istəyir. Əslində, Nazarov özü də "Qarabağ" kimi iddialı və təcrübəli komandada oynamaqda maraqlıdır. Lakin Nazarov özünü Avropa meydanlarında görmək istəyir. Hazırda Almaniyanın "Aue" klubunda forma geyinən 27 yaşlı yarımmüdafiəçi daha üst səviyyəli klubda forma geyinməyi arzulayır.

Qeyd edək ki, Nazarov bu mövsüm "Aue"nin heyətində 28 oyunda meydana çıxıb və 9 qol vurmağı bacarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR