"Barselona" Kruyffa vəzifə vermək istəyir

"Barselona" Kruyffa vəzifə vermək istəyir
13:57 5 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" prezidenti Xosep Qvardiola Yohan Kruyffun oğlu Jordiyə klubda inzibati vəzifə verməyi düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bartomeu ona idman direktoru olmağı təklif edəcək. Jordi Kruyff hazırda "Maccabi Tel Aviv"də bu vəzifəni icra edir. Kruyffun gəlişi "Barselona"nın indiki idman direktoru Robert Fernandezin istefasına səbəb olmayacaq. Fernandez hüquqi baxımdan texniki katibdir. Jordi idman məsələləri üzrə vitse-prezident Jordi Mestreyə tabe olacaq. Jordi Kruyff futbolçu kimi 1994-96-cı illərdə katalon klubunun şərəfini qoruyub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR