Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində nasaz işıqfor düzəldilib

Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində nasaz işıqfor düzəldilib
14:02 5 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bakının Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki nasaz işıqfor düzəldilib.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, ərazidəki parkda suvarma işləri aparılarkən işıqforu qidalandıran elektrik xəttinə su sızıb. Nəticədə işıqfor dünən saat 17.35-dən bu gün saat 10:47-dək işləməyib.
BNA rəsmisi qeyd edib ki, hazırda adıçəkilən ərazidə nəqliyyatın hərəkətində heç bir problem yoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/koroglu-rehimov-ve-hesen-eliyev-kucelerinin-kesismesinde-nasaz-isiqfor-duzeldilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR