NASA-nın astronavtı kosmosda pudinqdən qala tikdi - VİDEO

NASA-nın astronavtı kosmosda pudinqdən qala tikdi - VİDEO
14:08 5 İyun 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Lindon Conson adına NASA kosmik mərkəzi Yutub sosial şəbəkəsində kosmosdan göndərilən maraqlı bir videonu paylaşıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada işləyən amerikalı astronavt Cek Fişer kosmosda pudinqdən qala tikib, daha sonra isə onu yeməyə çalışıb. Astronavt masaya bərkitdiyi böyük ölçüdə qaşığın üzərinə paketdən pudinq töküb. Çəkisizlikdən pudinqin bir hissəsi havada uçmağa başlayıb. Fişer ağzı ilə havada uçuşan pudinq parçalarını yeməyə çalışarkən maraqlı görüntülər qeydə alınıb. Havada dövrə vuran Fişer, nəhayət, pudinqi yeməyə müvəffəq olub.

Cek Fişer 20 aprel 2017-ci ildə Beynəlxalq Kosmik Stansiyadan kosmosa yola düşüb. Onunla birlikdə amerikalı astronavt Peqqi Uitson, fransız astronavt Tomas Pesquet, həmçinin rusiyalı kosmonavtlar Oleq Novitski və Fyodor Yurçixin də kosmosa yollanıb.

NASA ardıcıl olaraq kosmosda çəkilən gülməli videoları paylaşaraq bununla kosmosa uçuşları populyarlaşdırmaq istəyir. Videolar içərisində əsasən ən çox məşhurlaşan astronavt Kelli Skotun yayımladığı videolar olub. O hər gün Beynəlxalq Kosmik Stansiyaya maraqlı video görüntülər göndərib. Sosial şəbəkələrdə onun, 5,5 milyondan çox izləyicisi var.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/201359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR