"Barselona"nın futbolçusu Lionel Messi sabiq baş məşqçisi Luis Enrike ilə bağlı açıqlama verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu deyib ki, ötən mövsüm La Liqanın 32-ci turunda "Real"la oyundan (3:2) sonra L.Enrike ona ən yaxşı futbolçu olduğunu söyləyib:
"Real" matçda sonra Enrike mənə futbol tarixinin ən yaxşı oyunçusu olduğumu dedi".
Qeyd edək ki, L.Messi sözügedən qarşılaşmada dubla (33, 90+2 dəqiqə) imza atıb. O, hesab 2:2 ikən matça əlavə olunmuş son dəqiqədə komandasının qələbə qolunu vurub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində