"Rantienin klubuyla danışıqlar müsbət nəticələndi. "Gənclərbirliyi" keçidə problem yaratmadı". Bu sözləri Fanat.Az-a açıqlamasında "Qarabağ"ın meneceri Asif Əsgərov deyib.
Klub rəsmisi Türkiyə təmsilçisində forma geyinən Tokelo Rantienin fikrini dəyişdiyini söyləyib: "Türkiyə klubu razıydı. Sadəcə, futbolçu fikrini dəyişdi. İndiki durumda onun "Qarabağ"a keçməmək ehtimalı daha çoxdu".
Qeyd edək ki, CAR yığmasının forvardı Tokelo Rantie Ağdam təmsilçisində çıxış edən Dino Ndlovunun həmyerlisidi.
Fanat.Az