Moskvada azərbaycanlı bacısının gözü qarşısında intihar edib

Moskvada azərbaycanlı bacısının gözü qarşısında intihar edib
14:37 5 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl. 5 iyun. REPORT.AZ/ Göygöl rayon sakini Rusiya Federasiyasının Moskova şəhərində hündürmərtəbəli binadan özünü ataraq intihar edib.
"Report"un Qərb bürosunun məlumatına görə, 38 yaşlı Afdandil Vidadi oğlu Məmmədov Moskva şəhərində kirayə yaşadığı hündürmərtəbəli binadan özünü ataraq intihar edib. 
Məlumata görə, Rusiya Federasiyasına işləməyə gedən A.Məmmədovun ailə problemləri olub. A.Məmmədov intihar edən zaman onun bacısı da yanında olub. O, pəncərəyə çıxıb özünü atmaq istədiyi an bacısı onu saxlamağa çalışsa da buna nail ola bilməyib. 
Hadisə yerində keçinən A.Məmmədovun meyiti tibbi ekspertizadan sonra yaxınlarına verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/moskvada-azerbaycanli-bacisinin-gozu-qarsisinda-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR